Ərdoğan bir zamanlar dostu olan Davudoğlunu belə aşağıladı

  • By admin
  • 18 Yanvar 2023 22:59

Bu il Türkiyədə gözlənilən prezident seçkiləri ilə əlaqədər olaraq, ölkə siyasətində canlanma başlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vaxtilə öz komandası çiyin-çiyinə olduğu, indi ona müxalif mövqedə dayanan Gələcək Partiyanın lideri Əhməd Davudoğlu haqqında sərt çıxış edib.

HTML tutorial

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan Davudoğlunu korrupsiyada ittiham edib:

Əli Babacanın yanında başqa biri də var. Bizdən universitet istədilər, onların fonduna universitet ayırdım. Baş nazir kürsüsündə oturanda fonduna ayrılan yerə sahib çıxdı. Türkiyədə başqa nümunə yoxdur. Qalx bunu millətimizə de.

Dövlət bəy ona “Serok Ahmet” deyir, bu cür işlər görür. Halaldan nə etdi? Təsis etdiyiniz universitetlə uğur qrafikiniz necədir? Bu universiteti korrupsiyaya görə aldıq, dövlətimizə verdik. İndi Şəhər Universiteti Mərmərə Universitetinin mülkiyyəti olaraq davam edir. Bu millətə layiq işlər görürük, deyin görüm nə etdiniz”.

 

Tərcümə:

Afət Abbasova