Bakıda yanmış kişi meyiti tapıldı

Yanvarın 18-i paytaxtın Sabuçu rayonunun Ləhiş bağları adlanan ərazisində yanmış kişi meyitinin tapılmasına dair məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, meyitin 14 yanvar 2023-cü il tarixdə yaşadığı evdən çıxıb bir daha geri qayıtmamış 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.A. olması ehtimal edilir.

HTML tutorial

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin özünü yandırmaqla intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info