
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Leendert Verbek dekabrın 14-də Türkiyə məhkəməsi tərəfindən İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğluna verilən həbs cəzası və siyasi qadağa ilə bağlı açıqlama verib.
Avropa Şurasından Gununsesi.info-nun elektron poçtuna göndərilən açıqlamada deyilir:
“İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrini siyasi vəzifədən uzaqlaşdırmaq məqsədi daşıyan bu qərardan son dərəcə narahatam. Bu qərar təkcə Əkrəm İmamoğlunun özünün hüquqlarını pozmur, həm də İstanbul seçicilərinin ifadə etdiyi seçki hüququnu bir daha gözardı edir. Bu, yerli demokratiyaya birbaşa hücumdur. İstənilən demokratiyada əsas hüquq olan ifadə azadlığı heç vaxt seçki dövründəkindən daha vacib deyil. Ona görə də bu qərar Türkiyədəki demokratiyanın vəziyyəti baxımından çox narahatedicidir”.
Tərcümə:
Adil Elxanoğlu