
Ukrayna prezidenti Vladimir Zelenski ilə Polşanın yeni baş naziri Donald Tusk arasında ilk telefon danışığı olub.
Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə X sosial media platformasında yazıb. O bildirib ki, söhbət Norveçdə olarkən baş tutub.
Zelenski bildirib ki, Tuski təyinatı və Ukrayna ilə Polşa arasında ikitərəfli münasibətlərdə “yeni səhifənin başlanğıcı” münasibətilə təbrik edib.
“Avropa Şurasının iclası ərəfəsində biz onun bütün Avropa ictimaiyyətinin birliyinə töhfə verəcək gələcək qərarlarını müzakirə etdik. Mən səmimi dəstək sözləri eşitdim. Biz Ukrayna və Polşa ilə birlikdə olanda daha da güclüyük.
Əminəm ki, Polşanın yeni hökuməti ilə biz münasibətlərimizdəki bütün məsələlərin qarşılıqlı faydalı əsaslarla həllini sürətləndirəcəyik”, – deyə Vladimir Zelenski bildirib.
O qeyd edib ki, Tusk ilə gələcək təmaslar cədvəli barədə razılığa gəlib və onu “ilkin fürsətdə” Ukraynaya səfərə dəvət edib.
Artıq mətbuat Ukrayna tərəfinin Tusku Kiyevə səfərə dəvət etdiyini və bu səfərin mümkün qədər tez baş tutmasında maraqlı olduğunu bildirib.
Xatırladaq ki, dekabrın 13-də Donald Tusk hökuməti prezident sarayında and içərək rəsmən işə başlayıb. Mərasimdən dərhal sonra Tusk Aİ sammitində iştirak etmək üçün Brüsselə uçub.
Onun Zelenski ilə ilk görüşü bu gün baş tuta bilər.
Gununsesi.info