
Rusiyanın Amur vilayətinin Mazanovo rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin episentri rayonun Uqlovoye kəndindən 8 km aralıda qeydə alınıb. Təkanların ocağı 5 km dərinlikdə yerləşib.
Bələdiyyə rəhbərlərinin sözlərinə görə, seysmik hadisə Romnensk və Oktyabr rayonlarında zəif hiss olunub.
Gununsesi.info