
Biləcəri qəsəbəsindəki evlərin birindən oğurluq olub.
DİN-in mətbuat xidmətindən Gununsesi.info-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 11-də Biləcəri qəsəbəsindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.
Araşdırma aparılır.
Gununsesi.info