
Rusiyanın Ukraynaya hücumları Avropada yeni münaqişə riski ilə bağlı narahatlıqları artırıb.
İddia olunur ki, Rusiya ordusu Ukraynada dayanmaya bilər və ona yaxın ölkələrə hücumlar təşkil edə bilər.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, təhlükədə olduğu iddia edilən ölkələrdən biri olan Estoniyada könüllü hərbi təşkilat olan Estoniya Müdafiə Birliyi mümkün “Rusiya işğalı”na qarşı hazırlıq görür.
Ötən əsrdə həm almanlar, həm də sovetlər tərəfindən işğal olunmuş Estoniyanın Saaremaa adasında Estoniya Müdafiə Liqasının (EDL) illik hərbi təlimlərində iştirak etmək üçün ilk dəfə olaraq Fransadan olan hərbi qoşunlar yerləşdirilib.
“Politico” jurnalının məlumatına görə, hərbi təlim Rusiya prezidenti Vladimir Putinin Ukraynadan Baltikyanı ölkələrə hərbi hədəflərini genişləndirəcəyi təqdirdə keçirilir.
EDL komandirlərindən Kristjan Kaup deyib: “Rusiya öz gücünü artırmaq istəyir. Məncə, növbəti işğal da baş verəcək. Bizim cəmiyyətdə “nə olarsa” yox, “nə vaxt” sualını veririk”.
Qeyd olunub ki, Rusiyanın Avropa İttifaqına daxil olan qonşuları Ukraynadakı münaqişələri diqqətlə izləyir və “ən pisə” hazırlaşır.
Bildirilib ki, NATO müttəfiqləri hərbi alyansın şərq qanadını gücləndirib və Fransa 2017-ci ildən Estoniyaya qoşun yeridib.
Bu kontekstdə Rusiyanın Ukraynaya hücumlarından sonra Fransa prezidenti Emmanuel Makronun Estoniyadakı əsgər sayını 300-ə çatdırdığı bildirilib.
Sözügedən əsgərlərin ABŞ və İngiltərə hərbçiləri ilə birgə hərəkət etdiyi qeyd edilib.
Fransa da bu yaxınlarda Estoniyadakı qoşunları üçün 18 “Qriffon” zirehli çoxməqsədli avtomobili, AMX-10 RC yüngül zirehli maşını və 4 “Sezar” haubitsasından ibarət əlavə hərbi texnika göndərib.
Fransa və Estoniyanın hərbi əlaqələri 2011-ci ildən başlayıb.
Gununsesi.info