Zelenski ikinci müddətə prezidentliyə namizəd olmaq planlarından danışdı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında münaqişənin davam edəcəyi təqdirdə, ikinci müddətə namizədliyini irəli sürəcəyini bildirib.

Gununsesi.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, o, bu barədə “Digi24” telekanalına müsahibəsində bildirib.

“Müharibə bitərsə, yox. Müharibə zamanı qaça bilmərəm”, – deyə Zelenski bildirib.

“2024-cü ildə müharibə davam etsə və seçkilər keçirilsə, həyatımda heç vaxt ölkəmi tərk etməyəcəyəm”, – Ukrayna lideri vurğulayıb.

Eyni zamanda, o qeyd edib ki, müharibənin nə vaxt bitəcəyini bilmir. Bununla belə, dövlət başçısı deyib ki, indi onun “son mərhələsidir”. “Düşünürəm ki, son mərhələdəyik. Bizim çoxlu əndişələrimiz var: maliyyə, silah. Amma biz sonuncu mərhələdəyik, ən çətinindəyik”, – Zelenski bildirib.

Səid Əhmədli
Gununsesi.info