
Sovet nəzəri fiziki Sergey Qredeskul və həyat yoldaşı HƏMAS silahlılarının İsrailin Ofakim şəhərinə hücumu nəticəsində həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının akademiki Aleksey Xoxlov öz Telegram kanalında məlumat yayıb.
“Oktyabrın 7-də HƏMAS yaraqlılarının törətdiyi terror aktı zamanı Sergey Andreyeviç Qredeskul və onun həyat yoldaşı Ofakim şəhərindəki evlərində öldürülüb”, – deyə o yazıb.
Akademikin qeyd etdiyi kimi, Qredeskul 1991-ci ildən Beerşebadakı Ben-Qurion Universitetində işləyib.
Bir neçə il əvvəl fizik təqaüdə çıxıb. 81 yaşı var idi.
Səid Əhmədli
Gununsesi.info