
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yenidən İsraillə Qəzza zolağı arasında qarşıdurmalara son qoymağa çağırıb.
Gununsesi.info xəbər verir ki, ÜST ehtiyacı olanların sağlamlıq və humanitar yardıma çıxışını təmin etmək üçün çağırış edib.
Təşkilatın bəyanatında qeyd olunur ki, ÜST həm İsrail, həm də Fələstin tərəfindəki tibb işçilərinə öz yardımını təklif edib.
“Oktyabrın 7-də HƏMAS-ın İsraildə törətdiyi dəhşətli zorakılıqlar və İsrailin bir neçə gündür Qəzza sektorunu bombalaması nəticəsində 1000-dən çox insan həlak olub və çoxlu sayda insan yaralanıb. Bu qədər ailənin ağrısı dözülməz olmalıdır”, – deyə təşkilatın açıqlamasında bildirilir.
ÜST təşkilatın baş direktoru Tedros Qebreyesus ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında oktyabrın 9-da baş tutan görüşü xatırladıb.
“Əs-Sisi ÜST-nin Rəfah keçidi vasitəsilə Qəzzaya tibbi və digər humanitar yardımların çatdırılmasını asanlaşdırmaq tələbini qəbul etdi. Belə nəqliyyat dəhlizləri qorunmalıdır”, – deyə təşkilat vurğulayıb.
ÜST İsraildə HƏMAS tərəfindən ələ keçirilən girovların, o cümlədən yaşlı mülki şəxslərin sağlamlığı və rifahı ilə bağlı ciddi narahatlığını ifadə edib.
Səid Əhmədli
Gununsesi.info