
İsrailin blokada altındakı Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 950-yə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, 5 min nəfər xəsarət alıb. Nazirlik bundan əvvəl 900 ölü və 4,5 min yaralı olduğunu bildirib.
Qəzza zolağında axtarış-xilasetmə işlərinə İsrailin zərbələri nəticəsində dağılan binaların külli miqdarda dağıntıları mane olur.
Bu barədə yerli Mülki Müdafiə Departamentinin məlumatında deyilir.
Departamentin məlumatına görə, dağıntılar altında hələ də çoxlu adam qalıb.
Mülki müdafiə briqadalarının kifayət qədər texnikaya malik olmadığı qeyd edilir.
Departament xəbərdarlıq edib ki, operativ işin mümkün olmaması səbəbindən qurbanların sayı arta bilər.
İsrail Hərbi Hava Qüvvələri Qəzzanı intensiv bombalamağa davam edir.
Səid Əhmədli
Gununsesi.info