Zelenksi ABŞ-a belə gedibmiş…

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a necə səfər etməsi məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, Zelenskinin ABŞ-ın paytaxtına gəlməsi üçün fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

Belə ki, Zelenski Baxmutda cəbhə xəttinə getdikdən sonra gizli şəkildə Polşaya gedən qatara minib. Polşada o, dərhal NATO-nun kəşfiyyat təyyarəsi və F-15 qırıcısının müşayiəti ilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəyə əyləşərək ABŞ-a yollanıb.

Səfər zamanı Zelenskinin təhlükəsizliyi yüksək səviyyədə qorunub.

Gununsesi.info