Bakıda avtobus qəza törətdi, sərnişinlər…

Bakının Nizami rayonunda yol qəzası baş verib.

Gununsesi.info APA-ya istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi Qara Qarayev prospektində qeydə alınıb.

Sərnişin avtobusu eyni istiqamətdə olan “Toyota” markalı maşına çırpılıb. Toyota isə “Hyundai”-a dəyib. İdarəetmədən çıxan avtobus yol ayrıcındakı beton səddə dəyərək dayanıb.

Avtobusdakı sərnişinlər təxliyə edilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.