Aİ Rusiyaya qarşi yeni sanksiyalar paketi hazırlayır

Avropa İttifaqında Rusiya Federasiyasına qarşı növbəti, sayca 15-ci məhdudlaşdırıcı tədbirlər paketinin hazırlanmasına başlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə EUobserver portalı Aİ diplomatlarına istinadən məlumat yayıb.

Razılaşmanın noyabrın 19-dək həyata keçirilməsi gözlənilir.

“Ümid edirəm ki, Aİ Şurasında məhdudiyyətlərin müzakirəsi Macarıstanın sədrliyi dövründə başlayacaq”– deyə portal mənbələrindən biri bildirib.

Digər Avropa diplomatları 24 fevral 2025-ci il tarixini daha real adlandırıblar.

Qeyd edək ki, Budapeştin sədrlik müddəti öz növbəsində dekabrın 31-də başa çatır.

 

 

Şəbnəm

Gununsesi.info