“Səbail” yeni baş məşqçisini rəsmən elan etdi

“Səbail”in yeni baş məşqçisinin adı məlum olub.

Gununsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komanda Cavid Hüseynova tapşırılıb.

36 yaşlı mütəxəssislə 2025/2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Gununsesi.info