Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında namizədliyi 45 saylı Abşeron seçki dairəsindən irəli sürülmüş Zahirin Rəhimov (Zahir Əzəmət) namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair müvafiq DSK-nın qərarı müzakirə olunub.
Gununsesi.org xəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib. O qeyd edib ki, DSK öz qərarını bununla əsaslandırıb ki, imza vərəqləri və ona əlavə edilmiş digər sənədlərin araşdırlması zamanı onun mülkiyyətində olan Lənkəran rayon Yuxarı Nüvədi kəndində 0,9 hektar torpaq sahəsi göstərilməyib: “Bu məqam arayışda düzgün göstərilmədiyi üçün onun namizədliyinin qeydə alınmasından imtina edilib. İşçi qrupu həmin sənədlər üzrə araşdırma apararaq rəy hazırlayıb. MSK-nın bununla bağlı qərarında DSK-nın qərarının dəyişdiirlmədən saxlanılması qeyd olunub”.
Ramiz İbrahimov təklif edib ki, qərar dəyişdilirlmədən saxlanılsın. MSK üzvü Almas Qəhrəmanlı Zahir Rəhimovun namizədliyinin qeydə alınmasına tərəfdar olduğunu bildirib. İclasda iştirak edən Z.Rəhimov adına həmin kənddə pay torpağının olmasından xəbərsiz olduğunu bildirib: “Mən 1991-ci ildən Bakıda yaşayıram. Həmin pay torpaqları verilərkən isə hərbi xidmətdə olmuşam. Əmlak Məslələri Dövlət Komitəsindən mənə verilən arayışda ona görə adım qeyd olunmayıb ki, dövlət sənədlərində adım səhv yazılıb”.
O, həmçinin, sənədlərində olan çatışmazlıqları araşdırması üçün ona qanunda nəzərdə tutulan 48 saatın verilmədiyini vurğulayıb. Müzakirədən sonra qərar səsə qoyulub. Bir nəfər bitərəf, bir nəfər əleyhinə olmaqla DSK-nın qərarı dəyişdilirlmədən saxlanılıb.
COMMENTS