Vilayət Eyvazovdan iki YENİ TƏYİNAT

Vilayət Eyvazovdan iki YENİ TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş verib.

Gununsesi.org-un məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev vəzifəsindən azad edilərək, Kadrlar İdarəsinə rəis təyin edilib.

Nazirin digər əmri ilə isə BDYPİ-nin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev də vəzifəsindən azad edilərək, idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, bu barədə ilk məlumatı avtosfer.az yayıb.

Gununsesi.org

COMMENTS