Daha bir tanınmış vəkil deputatlığa namizəd oldu

Daha bir tanınmış vəkil deputatlığa namizəd oldu

Azərbaycanın daha bir tanınmış vəkillərindən biri olan Fariz Namazlı deputatlığa namizədliyini verib.

Gununsesi.org bildirir ki, cəmiyyətdə daha çox siyasi fəalların və jurnalistlərin müdafiəçisi kimi tanınan Fariz Namazlının namizədliyi 42 saylı Sumqayıt şəhər 2-ci seçki dairəsindən qeydə alınıb. Bu barədə deputatlığa namizədin özü bu gün məlumat yayıb.

Qeyd edək ki, Sumqayıt şəhərində yaşayan F. Namazlı həm də gənc vəkillərdən biridir. Onun Sumqayıt gəncləri arasında böyük nüfuzu var.

 

Gununsesi.org

COMMENTS