Anqola millisinin üzvü “Keşlə”də

Anqola millisinin üzvü “Keşlə”də

“Keşlə” heyətinə daha bir oyunçu cəlb edib. Gununsesi.org xəbər verir ki, paytaxt təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümünün sonuna qədər müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerasına Hollandiyanın “Qroningen” komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın “Al-Mojzel” komandası olub.

Gununsesi.org

COMMENTS