“Google” axtarış sisteminin ana şirkəti sayılan “Alphabet” korporasiyasının bazar dəyəri ilk dəfə 1 trilyon dolları keçib.
Gununsesi.org bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, buna səbəb ötən gün şirkətin səhmlərinin qiymətinin 0,8% artaraq 1 450 dolları keçməsidir.
Hazırda dünyanın ən bahalı şirkəti Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudia Aramco”dur (1,8 trilyon dollar). Onu ABŞ-ın texnologiya şirkətləri “Apple” (1,38 trilyon dollar) və “Microsoft” (1,27 trilyon dollar) izləyir.
COMMENTS