Ermənistanda şok intihar: Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktoru intihar etdi

Ermənistanda şok intihar: Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktoru intihar etdi

Ermənistanın paytaxtı İrəvandakı evlərdən birində Dövlət Təhlükəsizlik Xidmətinin sabiq direktoru Georgi Kutoyanın meyiti tapılıb. 

Gununsesi.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı İrəvanın İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, meyitin üzərində güllə izləri aşkarlanıb.

İlkin ehtimala görə, Kutoyan özünə qəsd edib.

Qeyd edək ki, Kutoyan 2016-2018-ci illərdə DTX direktoru olub. Onu “məxməri inqilab”dan sonra Artur Vanetsyan əvəzləyib.

Gununsesi.org

COMMENTS