Zəngilan istiqamətində ağır döyüşlər gedir

Hazırda Azərbaycan dövlət sərhədinin Zəngilan istiqamətində ağır döyüşlər gedir.

Gununesi.info xəbər  verir ki, bununla bağlı “Caliber” “Telegram” kanalı məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, döyüşlər Azərbaycan sərhəd zastavasının atəşə tutulmasından sonra başlayıb.

Ermənistan tərəfi minaatanlardan və PUA-lardan istifadə edir.

Azərbaycan Ordusu düşmənə layiqli cavab verir.