Laçındakı erməni təxribatının yeni görüntüləri - VİDEO

Həkəri çayı üzərindəki körpüdə Azərbaycan bayrağının qaldırılması ilə bağlı insidentin yeni görüntüləri yayılıb.

Kadrlardan görünür ki, hadisə yerinə Rusiya sülhməramlı kontingentin komandiri, general-polkovnik Aleksandr Lentsov gəlib.

HTML tutorial

Videodan görünür ki, Azərbaycan hərbçisi ölkəmizin Dövlət Bayrağını dirəyə bərkidir.

Xatırladaq ki, erməni hərbçilər Azərbaycan sərhədçiləri ilə yanaşı Rusiya sülhməramlılarını da atəşə tutublar.

Gununsesi.info