İşgəncə verən hərbçilərlə, müstəntiqlərlə bərabər vəkillər də mühakimə olunmalıdır

  • By admin
  • 15 İyun 2023 13:18
Elə bir gün yoxdur ki, “Tərtər İşgəncələri” haqqında danışılmasın.
2017-ci ildə 500-ə yaxın hərbçimizə ölümlə nəticələnən ağlasığmaz işgəncələr verilib.
Bu gün də o işgəncələr nəticəsində əlil vəziyyətində olanlar var.
Bu işlə bağlı məsuliyyətə cəlb olunanların məhkəmələri gedir.
Nəciməddin Sadikov başda olmaqla, generalların, hərbi hissə komandirlərinin , Hərbi Prokurorluğun müstəntiqlərinin, bilə-bilə qanunsuz hökm çıxaran hakimlərin adı çəkilir.
İndi məhkəmələrdə açıqlanan tükürpədici işgəncələr dövlət tərəfindən bu işlərə təyinat alan vəkillərin gözü qarşısında baş verib.
İşgəncələrə dözməyərək “etiraf” ifadələrinin imzalandığı  protokollara hərbçilərlə birgə həm də vəkillər də imza qoyub. Bu vəkillərin axtarışına başlamaq, onları da ifşa eləmək lazımdır…
Pərviz Həşimli