
Türkiyə vətəndaşı olan adamın avtomobilində etdiyi bəzəkli dəyişiklər görənlər tərəfindən maraqla qarşılanıb.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, usta Gökhan Demirtaş 4 il öncə satın aldığı 1989 modeli avtobusu “Çiçək avtobusu”na çevirib.
Ordu şəhərində yaşayan Göhkan atasının illər öncə işlətdiyi və özünün də üzərində sürücülüyü öyrəndiyi avtomobili bir neçə dəfə izlədiyi “Çiçek Abbas” filmindəki tanınmış qırmızı avtobusa çevirməyə qərar verib.
Göhkan avtomobilin yeni görünüşünü bəyənənlərin çox olduğunu, ancaq avtobusu satmaq istəmədiyini bildirib. Gökhan usta açıqlamasında deyib ki, öncələri insanlar ondan “Bu avtomobili niyə aldın”, – deyə soruşurdular. Ancaq indi bəyənirlər.
Tərcümə: Arzu Sayadoğlu