Suni zəka nədir, təhlükəli ola bilərmi, hansı peşələri təhdid edə bilər?

  • By arzu
  • 15 İyun 2023 16:32

Suni zəka texnologiyası sürətlə genişlənir. Çağdaş dünyamızda həyatın bir çox sahələrində dəyişimlərə yol açır. Fəqət bəzi ekspertlər bu texnologiyanın pis məqsədləri üçün işlədiləcəyini və iş sahəsini təhdid edə biləcəyini düşünür.

Gununsesi.info xarici mətbuata istinadən suni zəkanın işləmə sistemi və gələcəkdə təhdid edə biləcəyi peşələrlə bağlı yazını sizə təqdim edir.

HTML tutorial

 

SUNİ ZƏKA NƏDİR, NECƏ İŞLƏYİR?

Suni zəka bir kompüterin bir insan kimi düşünməsinə, hərəkətə keçməsinə və cavab verməsinə imkan tanıyır.

Kompüterlər təxminlər etmək, problemləri çözmək və hətta öz xətalarından dərs çıxarmaq üçün bol miqdarda bilgi ilə təmin edilə bilər. Bu data bilgilərdəki düzülümləri tanımlayacaq şəkildə öyrədilirlər.

Suni zəka data bilgilərlə yanaşı, alqoritmlərə söykənir. Alqoritm bir işi tamamlamaq üçün doğru sırada izlənilməsi gərəkli qaydalar siyahısı olaraq açıqlana bilər.

Youtube-də bir sonrakı addımıda nə dinləmək, izləmək istəyəcəklərinizə dair önərmələr edən, “Facebook” və “Twitter”in istifadəçilərə nə cür sosial media göstərəcəyinə qərar verməsinə yardımçı olan texnologiyadır.

Suni zəka on-line alış-veriş davranışlarını analiz edərək yeni analitik data bilgilər verir.

SUNİ ZƏKA HANSI PEŞƏLƏRƏ TƏSİR EDƏ BİLƏR?

Suni zəka iş dünyasında devrim etmə potensialına sahibdir. Ancaq bunun hansı peşələri sonlandıra biləcəyi mövzusunda sual işarələri var.

Yatırım bankı Goldman Sachs-ın yaxın zamanda yayımladığı hesabat bəlli işlər və funksiyalar avtomatik hala gəldikcə suni zəkanın dünya çapında 300 milyon tam zamanlı işlə təminata bərabər işin yerini ala biləcəyini önə sürüb.

Bu isə ABŞ və Avropada bu anda insanların etdiyi bütün işlərin 25%-i deməkdir.

Həmin peşələr hüquq, memarlıq, idarəetmə və tibb sahələrinə aid ola biləcək.

Artıq bununla bağlı Avropada bir çox siyasətçilər və dövlətlər həyəcan təbili çalırlar.

  

Tərcümə: Arzu

Gununsesi.info