Avstraliyada koronavirusa yoluxanların sayı 13-ə çatıb.
Gununsesi.org ABC-yə istinadən xəbər verir ki, yoluxanlar arasında xəstəliyin yayılma ocağı olan Çinin Uhan şəhərindən turistlər qrupu ilə Kuinsland ştatına gəlmiş 8 yaşlı uşaq da var. Həmin qrupda daha əvvəl virusun aşkarlandığı 44 yaşlı kişi və 42 yaşlı qadın da var.
Hazırda həmin uşaq Qold Kost şəhərinin xəstəxanasındadır, vəziyyətinin sabit olduğu bildirilir.
Qeyd edək ki, ötən gün Qərbi Avstraliya ştatındakı Lirmont hava bazasına təyyarə ilə Çindən 300-dək vətəndaş gətirilib. Müvafiq müayinələrdən sonra onlardan 240 nəfər xüsusi təyyarə ilə karantin üçün Kristmas adasına göndəriliblər.
Gununsesi.org
COMMENTS