PKK Afrində məktəbləri bombaladı- Ölən və yaralananlar var

PKK Afrində məktəbləri bombaladı

PKK terror təşkilatı Suriyanın Afrin şəhər mərkəzində iki məktəbə və bir məscidə raket zərbələri endirib.

Gununsesi.org Türkiyə mediasına istinadən xəbər verir ki, nəticədə 1 şagird ölüb, 7-si yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, PKK-nın hücumu nəticəsində məktəb və məscid binasına ciddi ziyan dəyib.

Hücum zamanı 4 raketin atıldığı bildirilir.



 

 

Gununsesi.org

COMMENTS