Siqaret çəkən futbolçular millidən uzaqlaşdırıldı

Siqaret çəkən futbolçular millidən uzaqlaşdırıldı

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov (“Neftçi”, qapıçı) və Vüsal Şabanov (“Zaqatala”, qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Gununsesi.org xəbər verir ki, bu barədə AFFA-nın saytında yazılıb.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

Gununsesi.org

COMMENTS