Azərbaycan Premyer Liqası: “Zirə” vahid lider oldu - VİDEO/YENİLƏNDİ

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ikinci matçında “Zirə” səfərdə “Səbail”ə qalib gəlib – 2:1.

Hesabı 16-cı dəqiqədə qonaqların heyətində Salifu Suma açıb. 31-ci dəqiqədə Yadis Luqasi bərabərliyi təmin edib. 82-ci dəqiqədə isə Filipe Paxtman “qartallar”ın qələbə qolunu vurub.

Əvvəlki iki turu da itkisiz başa vuran “Zirə” hazırda doqquz xalla vahid liderdir. “Səbail”in isə cəmi bir xalı var və doqquzuncudur.

20:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb – 1:2. “Gənclik şəhəri” təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurublar. “Qırmızı-qaralar”da 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Rəqibindən bir oyun az keçirən “Sumqayıt” ikinci qələbəsini qazanıb. Komanda altı xalla “Zirə” və “Turan Tovuz”la birlikdə zirvəyə şərikdir. “Qəbələ” isə hər üç qarşılaşmadan məğlub ayrılıb və sonuncu pillədədir.

Qeyd edək ki, günün digər görüşündə “Səbail” “Zirə”ni qəbul edib. Turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. III turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları avqustun 20-də baş tutacaq.