Yaponiyada Abe hökumətinin reytinqi düşüb

Yaponiyada Abe hökumətinin reytinqi düşüb

Yaponiyada baş nazir Sindzo Abenin rəhbərlik etdiyi hökumətin reytinqi 27%-ə qədər enib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Mainichi” qəzeti bildirib.

Nəşrin məlumatına görə, mayın əvvəlindən bu göstərici 40% təşkil edib.

Bundan başqa, qeyd edilir ki, ölkədə hökumətə etimadsızlıq səviyyəsi 19%-dən 64%-ə qədər artıb.

Qəzetin məlumatına görə, göstəricilərdə dəyişikliyə Tokionun baş prokuroru Xiromu Kurokavanın ətrafında yaranan qalmaqal təsir edib. O, karantin rejimini bir neçə dəfə pozaraq tanış jurnalistlərlə majonq oynayıb.

Daha əvvəl bildirilirdi ki, Tokio Prokurorluğunun rəhbəri Xiromu Kurokava koronavirus pandemiyasına görə ölkədəki ümummilli fövqəladə vəziyyət rejimi dövründə pullu oyunlar fonunda yaranmış qalmaqal səbəbindən istefa vermək barədə qərar qəbul edib.

 

 

 

Gununsesi.org

COMMENTS