Ukraynada deputat ofisində ölü tapıldı

Ukraynada deputat ofisində ölü tapıldı

Ukrayna Ali Radasının deputatı Valeri Davidenko Kiyevdəki ofisində ölü tapılıb.

Gununsesi.org bildirir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib.

Məlumatı Daxili İşlər nazirinin müavini Anton Qeraşenko “RBK-Ukrayna”ya təsdiqləyib. Onun sözlərinə görə, hüquq mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını (qətl, intihar, səhnələşdirmə və s.) yoxlayacaq.

Polis əməkdaşları “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi qaldırıb. Hadisə yerində mütəxəssislər işləyir.

 

 

Gununsesi.org

COMMENTS