Rusiyanın Xalq artisti Leonid Yakuboviç əməliyyat olunması barədə yayılan xəbərləri yalanlayıb.
Gununsesi.org-un məlumatına görə, 74 yaşlı sənətçi “Gazeta.ru”ya açıqlamasında yazılanların həqiqəti əks etdirmədiyini bildirib.
“Yaza bilərsiniz ki, məni xərəkdə reanimasiyadan tennisə gətiriblər. Mən indi oynaycağam, iki saatdan sonra isə xərəkdə reanimasiyaya qaytaracaqlar”, – Yakuboviç deyib və dəstəyi asıb.
Qeyd edək ki, Xalq artistinin əməliyyat olunması xəbərini Rusiyanın “REN TV” telekanalı yayıb.
Gununsesi.org
COMMENTS