Barselonada Kataloniyanın müstəqilliyi tərəfdarlarının yeni aksiyalar dalğası başlayıb.
Gununsesi.org xəbər verir ki, bu barədə “24 Horas” telekanalı məlumat yayıb.
Bildirilir ki, etiraz İspaniya Ali Məhkəməsinin 2017-ci ildə müstəqillik haqqında referendumda qeyri-qanuni iştirakına görə 12 katalon siyasətçisi barədə çıxardığı qərara həsr olunub.
Bəzi məlumatlara görə, küçələrə 350 min nəfərdən çox insan çıxıb. Onların əksəriyyəti Milli Polisin binasının önündə toplaşıb.
Etirazçılarla hüquq-mühafizəçilərinin əməkdaşları arasında toqquşmalar baş verib.
Gununsesi.org
COMMENTS