Bakıda bir gündə iki piyadanı avtomobil vurub

Bakıda bir gündə iki piyadanı avtomobil vurub

Bakıda bir gündə iki piyadanı avtomobil vurub.

Gununsesi.org xəbər verir ki, ilk hadisə Qaradağ rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Belə ki, “Toyota Prado” markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 1964-cü il təvəllüdlü Hacıyeva Sevinc Fazil qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Digər hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1967-ci il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməyi ilə əvvəlcə 1 saylı Şəhər Kliniki Xəstəxanasına, daha sonra paytaxtda yerləşən özəl xəstəxalardan birinə aparılıb. Müayinə zamani ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.

Hər iki fakla bağlı araşdırma aparılır.

 

Gununsesi.org

COMMENTS