Avstraliyada 150-dən çox ev yanıb, ölənlər və itkin düşənlər var

Avstraliyada 150-dən çox ev yanıb, ölənlər və itkin düşənlər var

Avstraliyada meşə yanğınları zamanı 150-dən çox ev məhv olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Yeni Cənubi Uels ştatının yanğınsöndürmə xidməti məlumat yayıb.

Hazırda yanğınlar Sidneydən 550 kilometrdə məsafəyə çatıb.

“Yanğınlar artıq iki nəfərin həyatına son qoyub. Biz bu rəqəmin arta biləcəyini gözləyirik”, – deyə Avstraliyanın baş naziri Skott Morrison bildirib.

Morrison əlavə edib ki, ölkə rəhbərliyi hərbçiləri yanğınlar zamanı zərərçəkənlərə təcili kömək göstərilməsi üçün cəlb etmək imkanını nəzərdən keçirir.

Gununsesi.org

COMMENTS