Hicab geyinən şahzadə tənqid edildi

Hicab geyinən şahzadə tənqid edildi

İsveç Krallığının vəliəhd şahzadəsi Viktoriya Bosniya ve Hersoqovinaya səfəri zamanı Sarayevoda məscidi ziyarət edərkən hicab geyindiyinə görə kütləvi şəkildə tənqid edilib.

Gununsesi.org bildirir ki, bu barədə İsveçin “Fira Tider” nəşri yazıb.

“Vəliəhd şahzadə Viktoriya məyus etdi. O, Sarayevoya səfəri zamanı müsəlman hicabı geyinmişdi”, – sosial şəbəkə istifadəçilərindən biri qeyd edib.

Bildirilir ki, səfər zamanı kral cütlüyü məscidlə yanaşı, həm də pravoslav kilsəsini, katolik kafedralını və sinaqoqu da ziyarət edib.

 

Gununsesi.org

COMMENTS