Növbədənkənar parlament seçkiləri ərəfəsində ölkədə baş verən bir sıra proseslər cəmiyyətdə seçkiyə marağı artırıb.
PA rəhbəri Ramiz Mehdiyevin yola salınmasından sonra bəzi icra başçılarının rüşvət ittihamı ilə həbs edilməsi qarşıdakı seçkilərə dair də müyyən pozitiv ümidlər yaradıb.
İctimai-siyasi elitanın təmsilçiləri ilə yanaşı iş adamları da seçkiyə qoşulmaq istəyir.
Gununsesi.org-un xəbərinə görə, Azərbaycanın məhşur mebel istehsalçılarından olan “Embawood” fabrikinin sahibləri də bu istəyə düşüb.
Maraqlı isə burasındadır ki, fabrikin sahibi olan Elşad və Məşud qardaşları hər ikisi deputatlıq iddiasını ortaya qoyub. Belə ki, Məşud Abbasov 71 saylı Masallı Kənd, qardaşı Elşad Abbasov isə 70 saylı Masallı şəhər Seçki Dairəsini seçib.
İki qardaşın eyni rayondan seçki prosesinə qoşulmasını isə masallılar onların bir-biriylə ziddiyyət yaşaması ilə əsaslandırıb.
Bir şirkətdə şərik kimi çalışsallar da, iki qardaş arasında konfilikt yaşandığı deyilir.
COMMENTS