Xırdalanın axundu istefa verdi - YENİLƏNİB

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış axund Azər Saninin işdən çıxarılmasını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhər məscidinin imamı Qafarov Azər Vaqif oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub.

HTML tutorial

***

saat 15:42

Xırdalanın axundu işdən çıxarılıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.

O, namazdan sonra elan edib ki, bu gündən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.

Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir.

 

Şəbnəm

Gununsesi.info