Ermənilər Laçında mühəndis işləri görən traktoru atəşə tutdu -FOTO

Mayın 5-i saat 12:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Laçın rayonu ərazisində, şərti sərhəddə yerləşən üzbəüz mövqelərimizdə mühəndis işləri görən traktoru atəşə tutub.

Bu Barədə Gununsesi.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

HTML tutorial

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən cavab tədbirləri görülüb.

Gununsesi.info