Ukraynalı təmsilçilər toplantıda rusları yumruqladılar / VİDEO

  • By arzu
  • 05 May 2023 18:36

Qara Dəniz İqtisadi İşbirliyi Parlamentariləri Toplantısında rus və ukraynalı üzvlər arasında bayraq böhranı yaşanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, rus təmsilçilər heyətinin Başçısının vəkili Olqa Timofeyevanın çıxışı zamanı Ukrayna bayrağı açılıb. Bu zaman tərəflər arasında gərginlik yüksəlib.

HTML tutorial

Araya Mustafa Şentop girib. Hər iki tərəfə xəbərdarlıq edib.

Qara Dəniz İqtisadi İşbirliyi Parlamentariləri Toplantısının 30-cu ildönümünə həsr edilən tədbirdə T. olqa Ukrayna tərəfinin bu addımını qınayıb.

Şentop tədbirdən sonra paylaşımında Ukrayna tərəfinin təhrikedici addımlarının əsla qəbuledilməz olduğunu vurğulayıb.

Mustafa Şentop bölgədəki problemlərin dialoq təməlində həll etmək məqsədli bir toplantıda belə bir üzücü olayın yaşanmasından məyusluğunu bildirib.

 


Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info