Hüquq müdafiəçisi Avropa İttifaqının səfiri ilə nədən danışıb? - GÖRÜŞ

Demokratiya Monitorinqinin rəhbəri, hüquq müdafiəçisi Fuad Həsənov Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Michalkonun qonağı olub.

Bu barədə Gununsesi.info-ya danışan Fuad Həsənovun sözlərinə görə, 2 saatdan artıq davam edən görüşdə ölkənin ictimai-siyasi, iqtisadi, hüquqi həyatına aid məsələlır müzakirə olunub:

HTML tutorial

“Həll edilməli olan problemlər, müsbət dəyişikliklərə nail olmaq üçün maraqlı tərəflərin (hakimiyyət, Avropa İttifaqı və beynəlxalq qurumlar, toplum və vətəndaş cəmiyyəti…) öhdəliklərini və mümkün alətləri nəzərdən keçirdik. Siyasi məhbus probleminin köklü həlli üçün atılmalı addımlar, mümkün mexanizmlər və gözlənilən əfv haqqında da geniş fikir mübadiləsi apardıq və mesajlarımızı verdik. Gözləntimdən daha çox müsbət təəssürat yaradan görüşə görə cənab səfirə və siyasi müşavir xanım Annalisa Giansantiyə dərin təşəkkürümü bildirirəm”.

Hüquq müdafiəçisi deyib ki, eyni mövzuda müzakirəni dünən ABŞ-nın Bakıdakı səfirliyində siyasi müşavir Brett Dvorakla aparıb:

“Bu görüşdə zəruri mesajları səsləndirdik. Cənab Dvorak bildirdi ki, ABŞ hökuməti ictimai diplomatiya missiyasına sadiqdir və siyasi məhbusların azadlığı üçün mart ayında hakimiyyətə vacib mesajlarını ünvanlayıb və əhəmiyyətli təmaslarını ardıcıl olaraq davam etdirir”.

 

Şəbnəm

Gununsesi.info