XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistandan Azərbaycanın suveren ərazisindəki bütün təxribatları dayandırmağı tələb edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “Twitter” səhifəsində etdiyi paylaşımda deyilir.

HTML tutorial

Paylaşımda bildirilir: “Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusuna məxsus hərbi yük maşını qəsdən döşənmiş minaya düşüb, mina partlayıb, 3 hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”.