Gürcüstanda İŞİD lideri saxlanıldı

Gürcüstanda İŞİD terror qruplaşmalarından birinin lideri olan Malxaz Paksaşvili həbs olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

HTML tutorial

Məlumata görə, M.Paksaşvili 2013-cü ildə Gürcüstandan Suriyaya gedib və orada İŞİD terror təşkilatına qoşulub.

Saxlanılan şəxsin İŞİD-in yüksək səviyyəli komandirləri ilə sıx əlaqələri olduğu və qondarma mövqe tutduğu bildirilir.

 

 

Gununsesi.info