
Araşdırmaçılar elektrikin insan sağlamlığı üzərində təsirini ortaya çıxarıblar.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sınaqlar zamanı bədəndəki yaralı yerlərə elektrik verilməsinin sağalmanı sürətləndirdiyini bəlli ediblər.
Araşdırma Chalmers Texnologiya İnstitutunda gerçəkləşdirilib.
Yaralı bölgəyə kiçik miqdarda verilən elektrik narmaldakına görə 3 dəfə daha erkən sağalmaya səbəb olur. Elektrik hüceyrələrə liderlik edərək planlı bir şəkildə işləyişi təmin edir.
Ancaq şəkər xəstəliyi, xərçəng, pozulan qan dövranı kimi xəstəlik və yaralanmalarda tibbi hallarda bədənin yaralarının sağaldılmasında istifadə edilərsə, təbii qabiliyyətin itməsinə səbəb ola bilər.
Araşdırma “Lab On A Chip” dərgisində yayımlanıb.
Tərcümə: Arzu Sayadoğlu