ABŞ ordusu Sudandan 100-ə yaxın adamı təxliyə edib

ABŞ hərbçiləri ABŞ-ın bütün dövlət qulluqçularını və onların ailələrini, həmçinin bir neçə xarici diplomatı – ümumilikdə 100-ə yaxın adamı Sudandan təxliyə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə jurnalistlərə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndələri əməliyyatla bağlı xüsusi telefon brifinqində məlumat veriblər.

HTML tutorial

“Əməliyyatda ümumilikdə 100-dən bir qədər çox hərbçi iştirak edib. Hərbi həmkarlarımız tərəfindən təxliyə edilənlərin sayı 100-ə yaxın olub”, – rəsmilərdən biri qeyd edib.

Gununsesi.info