Xarici İşlər naziri Milli Məclisə dəvət edildi

Xarici İşlər naziri Milli Məclisə dəvət edildi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun bu ilin 21 aprel tarixində keçirdiyi video-konfrans zamanı Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlara dair səsləndirdiyi bəyanatına Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın münasibəti növbəti təxribatdır.

Gununsesi.org-un xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri səməd Seyidov parlamentin bu gün keçirilən iclasında deyib. O bildirib ki, bu, Ermənistanın birinci təxribatı deyil:

“Elə etmək lazımdır ki, bu onların sonuncu təxribatı olsun. Beynəlxalq təşkilatlar bilir ki, bunlar əllərindən gələni edəcək ki, status-kvo qalsın. Bunlar insanlığa qarşı bütün cinayətləri ediblər, təki torpaqlarınm işğalı davam etsin, status kvo qalsın”.

S.Seyidov vurğulayıb ki, Ermənistanın təxribatları baş tutmayanda isə onlar danışıqlardan qaçırlar:

“Necə ki, Paşinyan Parisdə danışıqlar zamanı 5 dəqiqəlik tənəffüs alıb təyyarəsinə minib qaçmışdı. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmdə erməni yalanlarını üzə çıxarıb. Bütün beynəlxalq təşkilatlar işğal edilmiş Azərbaycan torpaqlarda qondarma “seçkiləri” danımadı. Ermənilərin heç bir təxribatı baş tutmayıb. Danışıqlarla bağlı üç tərəfli format cəhdi də baş tutmadı, cənab Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında tutarlı arqumenmtlərlə Ermənistanın bu cəhdinə də son qoydu”.

S.Seyidov Xarici İşlər Nazirliyinin nümayəndələrinin dəvət edilərək, Dağlıq Qarabağ münaqişənin həlli mövzusunda parlamentin komitələrində müzakirələrin keçirilməsini də təklif edib.

Spiker Sahibə Qafarova Səməd Seyidovun təklifinin nəzərə alınacağını bildirib

Gununsesi.org

COMMENTS