CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 18,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,13 dollar/barel çoxdur.
Gununsesi.org bu barədə Trend-ə istindala bildirir.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 16,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,13 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 17,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,57 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 16,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,09 dollar/barel çoxdur.
COMMENTS