
İsrailin Prezidenti İsaak Hersoq aylardır davam edən alovlu etirazlarla bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Hersoq mübahisəli “məhkəmə islahatı” planı üzərindəki anlaşmazlığın ölkədəki görülmüş olan ən ciddi böhran olduğunu söyləyib.
Prezident Hersoq İsrailin Yedioth Ahronoth qəzetinə verdiyi mühsaibəsində “Mövcud böhranın (məhkəmə islahatı) dövlətin qurulmasından bəri ən təhlükəli və ən ciddi böhran olduğuna inanıram”, deyib.
Bu böhranın ölkədəki bir çox sektora təsir etdiyini deyən Prezident ona qarşı müxalifətliyin yalnız propaqanda söyləntilərindən ibarət olduğunu bildirib.
İstefa tələblərini “rədd etdiyini” söyləyən Hersoq “Xalqın hər təbəqəsindən böyük güvən duyuram”, deyib.
Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahu yeni hökuməti qurmasından sonra “məhkəmə islahatı” adı ilə Ali Məhkəmənin yetkilərini məhdudlaşdıran və iqtidar təyinatlarını təmin edən düzəlişlər gətirməyi planlaşdırdıqdan sonra bu ölkədə xalq meydanları dolduraraq bu qərarın ləğvini istəyir.
Qeyd edək ki, aylardır davam edən etirazlar səngimək bilmir. Vətəndaşlar bu qərara qarşı çıxaraq ölkənin ayrı-ayrı şəhərlərindəki meydanlara yürüyərək bu addıma öz narazılıqlarını bildirirlər.
Tərcümə: Arzu Sayadoğlu