Yasamalda bir qızı avtomobil vurub

  • By ilhame
  • 21 Aprel 2024 09:22

Bakının Yasamal rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, “İnşaatçılar” metrostansiyasının yanında avtomobil yolu keçən 2000-ci il təvəllüdlü Allahverdiyeva Aynur İbad qızını vurub.

 

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info